"Neftçi"i azarkeşləri rəhbərliyə səsləndi:"Utanın,sizə böyük klubun başında durmaq yaraşmır” FOTO

"Neftçi" klubu onları tənqid edən azarkeşləri polisə şikayət edib.

Newsport.az-ın məlumatına görə, bu barədə azarkeşlərə məxsus olan "facebook" sosial şəbəkədə məlumat yerləşdirilib: 

“Deməli, dostlar, indi bizə zəng edib polis bölməsindən deyirlər ki, bəs, "Neftçi" rəhbərliyi sizdən şikayət edib.  Bəs, siz rəhbərliyi təhqir edirsiniz, söyürsünüz.

Birincisi, bacarıqsız, səriştəsiz, məsuliyyətsiz dediyimiz sözlər təhqir yox,tənqidin bir formasıdır. Daha sonra isə biz sizdən şikayət yox, kişi kimi azarkeşləri çağırıb söhbət etməyinizi gözləyirdik.

Dəfələrlə yalandan aldatdığınız azarkeşləri indi şikayət edirsiniz. Axı niyə? Sizin bacarıqsız olduğunuzu dediyimiz üçün? Yoxsa, "Neftçi"ni saldığınız bu hala görə sizə buna göz yummadığımız üçün? Utanın. Sizə böyük klubun başında durmaq yaraşmır”.

 

 

 
 

 

Görüntünün olası içeriği: yazı

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right