Gürcüstan millisinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb.
Newsport.az-ın məlumatına görə, qonşu ölkə yığmasının baş məşqçisi Vladimir Vayss DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Avstriyaya qarşı keçirəcəkləri oyun üçün 28 futbolçuya dəvət göndərib.
Slovakiyalı çalışdırıcının etimad göstərdiyi futbolçular arasında "Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskirinin də adı var.
Qeyd edək ki, avqustun 29-da bir araya gələcək Gürcüstan millisi “DÇ-2018”in seçmə mərhələsində ilk oyununu sentyabrın 5-də Avstriyaya qarşı keçirəcək.