Azərbaycan Premyer Liqasının III turu çərçivəsində baş tutacaq "Qəbələ” – "Sumqayıt” oyunu təxirə salındığından "kimyaçılar” daha bir yoxlama matçında qüvvəsini sınayıb.
Newsport.az-ın məlumatına görə, Samir Abasov yetirmələrini bir gün ərzində iki oyunda yoxlayıb. Dünən səhər saatlarında "Şahdağ” üzərində minamal hesablı qələbə qazanan "gənclik şəhəri” təmsilçisi, axşam vaxtı doğma arenasında yeni yaranan və birinci divizionda mübarizə aparacaq "Səbail” komandasını qonaq edib.
Matç Premyer Liqa iştirakçısının böyükhesabı qələbəsi ilə başa çatıb – 5:1.