Qarşıdakı günlərdə "İnter”də böyük dəyişiklik olacağı gözlənilir.
Newsport.az-ın məlumatına görə, "bankirlər”in prezidenti Rəşad Qasımov tutduğu postdan azad edilə bilər.
Əldə etdiyimiz məlumata görə, artıq məsələ ilə bağlı iş gedir.
Məlum olduğu kimi, ötən ilə qədər komandaya Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev rəhbərlik edirdi. Ancaq sabiq bankir dövlətə külli miqdarda ziyan vurduğu üçün vəzifəsindən çıxarıldı və məsuliyyətə cəlb edildi. Rəşad Qasımov da məhz Cahangir Hacıyevin dönəmində bankda çalışanlardan olub.
İş burasındadı ki, indi Beynəlxalq Bankın sistemində məcburi təmizləmə işləri aparılır. Kim ki Hacıyevə sədr deyib, onun rəhbərliyi altında çalışıbsa, indi həmin adamlar özlərinə yeni iş yeri axtarmağa məcbur olacaqlar.
Yəni, ötən günlərdə klubun Müşahidə Şurasında edilən dəyişikliklər heç də təsadüfi deyil.
Maraq üçün bildirək ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti Akif Əhmədiya oğlu Əliyev və Yohann Enqbrexti "İnter”in Müşahidə Şurasına üzv seçib. Ancaq birincidən fərqli olaraq, ikinci şura sədridir.
Futbol11.az