"Əgər bunu qəsdən edibsə, o, cəzalandırılacaq" - Svanadze

Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə “Kəpəz”lə heç-heçə edən (2:2) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, gürcü mütəxəssis oyunla bağlı bunları deyib:

- Oyun barədə nə deyə bilərəm? Hər şeyi özünüz gördüz. Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Penaltiyə qədər hər şey yaxşı gedirdi. Ancaq penaltidən sonra hər şey dəyişdi. İkinci hissəyə də yaxşı başlasaq da, qol buraxdıq. Uşaqlar xarakter nümayiş etdirərək, bərabərlik qolunu vurdular.
Ötən çempionatda 6 dəfə bizim qapımızıa penalti təyin ediblər. Bu çoxdu. Artıq futbolçularda belə bir fikir formalaşıb ki, yenə qapımıza penal təyin edəcəklər. Biz feyr-pleyin tərəfdarıyıq.

- Bu mövsümdə 6 qoldan 3-nü standart vəziyyətlərdən vurmusuz. Bunun üzərində xüsusi hazırlaşırsız? Bir də ki, komanda çempionatda yaranan fasilədən necə yararlanmağı planlaşdırır?
- Məşqlərdə futbolçular standart vəziyyətlərin üzərində fərdi hazırlaşırlar. Bu, əsasən, məşqdən sonra olur. O ki qaldı fasilədəki planlarımıza, Tbilisiyə gedərək, orda iki yoxlama görüşü keçirməyi planlaşdırıırıq.

- “İnter” bərabərlik qolunu vurduqdan sonra Ağabala Ramazanov topu rəqibin ehtiyat oyunçular skamyasına tərəf vurdu...
- Məncə, bunu qəsdən etməyib. Əgər bunu qəsdən edibsə, o, cəzalandırılacaq.

- Komandanın orta xəttində ciddi problemlər var. Oyun qurucusu çatışmır. Bu isə mövsüm ərzində ciddi problemlər yarada bilər.
- Belə problemlərin olacağını əvvəllər də demişdim. Ancaq qışa qədər hansısa transfer olacağını düşünmürəm. Bəlkə qışda belə transfer oldu.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right