"Bu sual qarşısında acizəm" - Şahin Diniyev

Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə “İnter”lə 2:2 hesablı heç-heçə edən “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, Diniyev oyunla bağlı bunları deyib:

- Belə oyundan sonra danışmaq ağırdı. Komanda qələbənin bir addımlığında heç nədən qol buraxdı. Ancaq ruhdan düşməmək lazımdı. Ancaq AZAL-a qarşı ilk 45 dəqiqədən başqa komandamız bütün rəqiblərlə oyunlarda üstün təsir bağışladı. Mövsüm yeni başlayıb. Komanda bir qədər oyunlara köklənməkdə çətinlik çəkir. Oyun varsa, narahat olmağa ehtiyac yoxdu. Xal qazansaq, yaxşı oyun sərgiləməsək bu məni narahat edər. Rəqib də yaxşı komandadı. Onlara uğurlar arzulayıram.

- Ebahın meydana sonradan meydana buraxdız...
- O, son oynlarda qol vurmaqda çətinlik çəkir. Onu bir qədər qıcıqlandırmaq üçün ehtiyatda saxladım. Həm də, bu bir taktiki gediş idi.

- 70-80-cı dəqiqələrdə yan xətt hakiminə etiraz edirdiz.
- Hakimlər də səhvdi, onlar da səhv edə bilər. Ancaq düz gözünün önündə top oyunçunun əlinə dəyir və hakim oyunu saxlamırsa, buna deyəcək söz yoxdu.

- Komandada standart vəziyyətlər zamanı çətinlik çəkir...
- Bəli, bununla razıyam. “İnter” əlinə düşən iki standart vəziyyətdən yararlandı. Biz isə ilk hissədə əlimizə bir neçə belə fürsət düşsə də, yararlana bilmədik.

- Darioya çox əsəbləşirdiz. Bununla bağlı nə tədbir görəcəksiz?
- Çarəsi odu ki, onu evləndirək (gülür). Oyunçularda belə bir xasiyyət var ki, bir az yaxşı oyun sərgiləyən kimi geriləmə başlayır. Buna görə ona tez-tez qışqırırdım ki, özünə gəlsin.

- 3 turdan sonra çempionatda fasilə yaranacaq. Bu komandaya necə təsir edəcək?
- Əlbəttə, yaxşı təsir etməyəcək. Bunu istənilən məşqçidən soruşa bilərsiz. Ancaq başqa çarəmiz yoxdu. Milli üçün bunu etməliyik.

- Siz də millidə baş məşqçi olmusuz. Sizin məşqçiliyiniz dövründə belə uzun fasilə olmuşdu?
- Mənim dövrümdə milliyə 48 saat əvvəl qoşulan oyunçular var idi. Ancaq indiki zamanda əsas olan millinin uğurlu çıxışıdı.

- Klub futbolunun zəifləməsindən sonra millidə necə inkişaf ola bilər?
- Bu sual qarşısında acizəm.

- Penalti epizodundan yenə üzünüzü yenə çevirmişdiz...
- 1996-cı ildən məşqçi kimi çalışıram, heç vaxt penaltiyə baxmamışam (gülür).

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right