"Yəqin ki, bu da mənim səhvim idi" - Tərlan Əhmədov

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, "təyyarəçilər"in çalışdırıcısı 1:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. İlk hissənin əvvəlində həyəcan var idi. Müdafiədə səhvlərimiz məğlubuiyətimizi labüd etdi. Komandamızın oyunu var, çalışırlar. Futbolda bəzi səhvlər qazçılmazdı. Oyunçularıma iradım yoxdu. “Kəpəz”lə görüşdən sonra arxayınlıq var idi. Yəqin ki, bu da mənim səhvim idi. Çatışmazlıqları fasilə dövründə həll etməyə çalışacağıq.

- İlqar Ələkbərov başına hələ də sarğı bağlayır. Zədəsi ciddidir?

- Başına tikiş qoyulmalı idi. İcazə vermədi. Ona görə də başına sarğı bağlanılır. Ciddi problem yoxdu. Yarası sağalmaq üzrədir.

- Ötən mövsüm ilk 5 turda qələbə qazanmamışdınız. Bu mövsüm həsrət neçə tur davam edəcək?

- Nastradamus deyiləm ki, bunu öncədən deyim. Ötən mövsüm qol belə vura bilməmişdik. Çalışacam ki, komandanı döyüşkən edim. Dəstək olmaq lazımdır.

- Fasilə ərəfəsində planlarınız necədir?

- Çempionata qədər heç yerə getməmişiksə, deməli burda olacağıq. 3 yoxlama matçı keçirmək istəyirik.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right