"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib.
Newsport.az-ın məlumatına görə, paytaxt klubunun çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bütün azarkeşlərimizi təbrik edirəm. Evdə ilk qələbəmizi qazandıq. Futbolçularım yaxşı oynadılar. Amma bəzi çatışmazlıqlar var. Rəqib topla daha çox oynayırdı. Oyunumuzu yaxşılaşdırmaq üçün daha çox işləməliyik".
- Qarşıda 20-25 günlük fasilə olacaq. Komandanın planları var?
- 1-2 yoxlama oyunu planlaşdırmışıq.
- Sizcə, Anar Nəzirov bu gün zəif deyildi?
- Hər futbolçuda belə səhvlər olur. Bunu təbii qarşılayıram. Evdə oynayırdıq, həyəcanlı idi.