Roman Qriqorçuk: "Mübahisə edə bilmərəm"

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ” öz meydanında Sloveniyanın "Maribor” komandasını qəbul edib. Oyun "qırmızı qaralar”ın 3-1 hesablı qələbəsiylə başa çatıb. 
 

"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında  fikirlərini bildirib: 
 
- Hesabda geri düşdükdən sonra özünüzü necə hiss edirdiniz, indi necəsiniz?
- Düşünürdüm ki, oyunu qələbə ilə başa vurmalıyıq. Hiss edirdim ki, təcili qollar vurmalıyıq. İndi də fərqli vəziyyədə deyilıəm. Mən və oyunçular növbəti oyunu düşünürük. Tez bir zamanda cavab oyunun hazırlıqlarına başlamalıyıq. 
 
- Hesabı xeyrinizə dəyişəcəyinizə inanırdınızmı?
- Mən nə hisslər keçirdiyimi deyə bilmərəm. Sadəcə, qələbə qazanmağın vacib olduğunu düşünürdüm.  
 
- Oyunun gedişində Rafael Santosun üstünə daha çox qışqırırdınız. Bu nədən qaynaqlanırdı?
- Bütün futbolçular kimi Rafanı da çox istəyirəm. Onun üstünə qışqırmağımın səbəbi bəzi səhvləri idi. Bunu başa düşdü, amma 10 saniyə sonra yenidən təkrarladı (gülür). Buna baxmayaraq, onu çox istəyirəm.

- Oyununun əvvəlində meydanın mərkəzini rəqibə hədiyyə etmişdiniz. Bu, taktiki gediş idi?
- Xeyr. Qola qədər və ya qoldan sonrakı müddət önəmli deyil. Bir ara rəqib topa daha çox nəzarət etdi. Biz bunu dəyişməyə çalışdıq. Burda bir oyunçunun yox, bütün komandanın üzərinə yük düşür. Bir nəfər səhv edən kimi, mexanizm pozulur. Rəqib ağıllı komandadı, bir səhv etdik, dərhal ondan istifadə etdi. Çox xırda detallara girmək istəmirəm.
 
- Rəqibin baş məşqçisi vurduğunuz üçüncü qolda qapıçıya qarşı qayda pozuntusu olduğunu söylədi. Sizin buna münasibətiniz necədir?
- Hal-hazırda bu barədə mübahisə edə bilmərəm. Həmin epizoda baxdıqdan sonra nəsə fikir bildirə bilərəm. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right