“Qəbələ”nin oyunu təxirə salındı

Ölkəmizi Avropa Liqasının pley-off mərhələsində təmsil edən "Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Newsport.az-ın məlumatına görə, klub pley-off mərhələsinin "Maribor”la cavab oyununa daha yaxşı hazırlaşmaq məqsədi ilə Premyer Liqanın 3-cü turunda keçirilməli olan "Sumqayıt”la matçın təxirə salınmasını istəyib.  

"Qəbələ”nin Avropa Liqasında uğurlu çıxışı və ölkəmizi qrup  mərhələsində təmsil etmək perspektivini nəzərə alan PFL "Sumqayıt” klubunun razılığına əsasən aşağıdakı qərarı qəbul edib: 

Premyer Liqanın 3-cü turunun "Qəbələ” – "Sumqayıt” matçı 21.08.2016-cı il tarixdən başqa tarixə keçirilsin.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right