Millimizdən qollu heç-heçə

Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, millimiz Belarusun müvafiq yaş qrupundan olan yığması ilə üz-üzə gəlib. 

Komandamız 18-ci dəqiqədə Mərvə Özdəmirin qolu ilə hesabda öndə keçsə də, fasiləyədək qapısında iki top görüb. Çağla Mirayın 89-cu dəqiqədə vurduğu qol isə yığmamızı məğlubiyyətdən xilas edib – 2:2.
 
Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilən ilk qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right