"Məqsədimiz qrup qalibi olmaqdır" - Millimizin baş məşqçisi

Macarıstanda keçirilən çimərlik futbolu üzrə seçmə mərhələdə uğurla çıxış edən Çimərlik futbolu üzrə Azərbaycan yığması vətənə dönüb.

Millimizin baş məşqçisi Zeynal Zeynalov Avroliqanın seçmə mərhələsində keçirdikləri oyunlar haqda Newsport.az saytına açıqlamasında bunları söyləyib:

"Oyunlarımızın hamısı çətin keçdi. Ən çətin matç meydan sahiblərinə - Macarıstana qarşı oyunumuz oldu. Biz bu turnirdən öncə də onlarla qarşılaşmış və məğlub olmuşduq.

Danimarka yığmasına gəlincə, onların heyəti yeni formalaşıb. Taktiki cəhətdən axsadıqları hiss olunurdu. Amma onlarla da oyunumuz asan olmadı.

Komandamız gözəl və inamlı oyunu ilə nəticə qazandı.Hər bir futbolçu öz üzərinə düşən vəzifənin öhdəsindən gəldi və biz bütün oyunları qalib başa vurduq.

Gənc məşqçi növbəti mərhələdəki hədəflərini də açıqlayıb: "Yığmamızın hədəfi qrupda birinci yeri tutmaqdır. Buna nail olduqdan sonra digər qrupun qalibi ilə oynayıb, ən güclülərin sırasına düşmək şansımız var.Əlimizdən gələni edəcəyik ki,bizə olan etimadı doqruldaq və Azərbaycan adına laiqli qələbələr qazanaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right