Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avropa Liqasının pley-off mərhələsində Sloveniya "Maribor"u ilə qarşılaşacaq "Qəbələ"dən danışıb.
Newsport.az-ın məlumatına görə, Sloveniya mətbuatına açıqlamasında xorvatiyalı mütəxəssis bunları söyləyib:
“Qəbələ”nin Azərbaycanda azarkeşləri çoxdu. Ola bilər ki, sizin üçün naməlum komandadır. Amma onlar ötən mövsüm pley-off mərhələsində “Panatinaikos” kimi güclü klubu mübarizədən kənarlaşdırıblar. “Qəbələ”dən ehtiyatlanmaq lazımdır."Qəbələ"nin necə yaxşı komanda olmasına ən kiçik şübhəniz belə olmasın. Ciddi komandadır.Eyni sözləri komandanın baş məşqçisi, ukraynalı mütəxəssis Roman Qriqorçuk barədə də demək olar. Onun rəhbərliyi altında intizamlı, təşkilatlanmış oyun sərgiləyən komanda var. Komanda daha çox müdafiəyə diqqət ayırır. Bu üzdən də "Qəbələ"yə qol vurmaq çətindir. Komanda elə də çox risk etmədiyindən rəqibə də çox qol imkanı vermir".