Azərbaycan Premyer Liqasının III turunda baş tutacaq "Qarabağ” - "Neftçi” matçının başlama saatı məlum olub.
Newsport.az-ın məlumatına görə, Masazır qəsəbəsində yerləşən "Əlincə Arena”da keçiriləcək qarşılaşma 21 avqust, saat 20:45-də start götürəcək.
"Qarabağ"ın stadionu olan "Azərsun Arena”nın ot örtüyündə yeniləmə işləri aparıldığına görə, qarşılaşma "Əlincə Arena”da baş tutacaq.
Qeyd edək ki,matçın "Əlincə Arena”da baş tutacaqını təxminən 1 həftə öncə "Newsport.az” olaraq diqqətinizə çatıdırmışdıq.
21 avqust
20:45. "Qarabağ" - "Neftçi"
Masazır qəsəbəsi, "Əlincə Arena"
Qeyd edək ki, Dərvəntin "Dənizlispor”u çalışdıracağını təxminən 1 ay öncə "Futbol11” olaraq diqqətinizə çatıdırmışdıq.