Həftəsonu Azərbaycan Premyer Liqasında III turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, artıq tur çərçivəsində keçiriləcək daha bir oyunun başlama tarixi və vaxtı bəlli olub.
Belə ki, "İnter” doğma azarkeşləri önündə Gəncənin "Kəpəz" komandasını qəbul edəcək. Sözügedən qarşılaşma avqustun 19-u saat 21:00-da başlayacaq.
Qeyd edək ki, daha öncə "Zirə" - AZAL oyunun başlama saatı bəlli olmuşdu. Qəsəbədə baş tutacaq qarşılaşma da avqustun 19-na təyin olunub. Həmin görüş 20:00-da başlayacaq.