“Zirə”nin futbolçusuna ağır cəza

AFFA Intizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, yığıncaqda bir sıra məsələlər müzakirə edilib, qərarlar açıqlanıb. 
 
Əvəzedici heyətlərin yarışında isə "Sumqayıt” "Qarabağ”la ev matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 400 manat cərimələnib. II turun "Qəbələ” – "İnter”  matçında 4 futbolçusu hakimdən rəsmi xəbərdarlıq alan qonaqlar da eyni aqibətlə üzləşib.
 
Əvəzedici heyətlərin "Neftçi” – "Zirə” matçının 89-cu dəqiqəsində qonaqlardan Vüqar Namazalıyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı vaxt tribunaya qalxaraq azarkeşlərə qarşı təhqiredici hərəkətə yol verib. Bu səbəbdən o, 5 oyunluq diskvalifikasiya edilib, klubu 2400 manat cərimə olunub.
 
Eyni yarışın "Kəpəz”  – AZAL matçının 85-ci dəqiqəsində bakılılardan Seymur Əsədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb və klubunu 800 manat ziyana salıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right