Millimiz Belarusa uduzdu

Belarusun Orşa şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, yığmamız Belarusun müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb. Bu görüşdə millimiz 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, millimiz avqustun 17-i Belarusla yenidən qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right