Azərbaycan Premyer Liqasında 35 aydan sonra

 Premyer Liqasının II turunda cəmi 3 qol vurulub.

Newsport.az-ın məlumatına görə,  4 qarşılaşmada orta hesabla 0,750  qolun qeydə alınması son 3 mövsüm (2014/15, 2015/16, 2016/17) üçün ən aşağı məhsuldarlıqdır.

 Daha az qolun qeydə alınmasına sonuncu dəfə 2013/14 mövsümünün VIII turunda təsadüf olunmuşdu. 2013-cü il sentyabrın 27-29-da keçirilən 5 görüşdə cəmi 2 qol vurulub. 35 ay əvvəlki məhsuldarlıq 0,400 olub. 2013-cü ilin sentyabrındakı tur zamanı qollardan birini meydan sahibləri, birini qonaqlar vurmuşdusa, bu dəfə öz meydanında oynayanlar fərqlənə bilməyib. Belə ki, hər üç topa qonaqlar sevinib.

Xatırladaq ki, hesabat turunda “Qarabağ” “Sumqayıt”ı 2, “Zirə” “Neftçi”ni 1 cavabsız qolla məğlub edib, “Kəpəz” – AZAL və “Qəbələ” – “İnter” qarşılaşmalarında qol qeydə alınmayıb.

pfl.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right