Millimiz İngiltərə və Türkiyə milliləri ilə qarşılaşacaq

Macarıstanda keçirilən çimərlik futbolu üzrə seçmə mərhələdə uğurla çıxış edən Azərbaycan milli komandası növbəti turnirə yollanacaq.

Newsport.az saytının məlumatına görə, millimiz superfinalda güclü komandalara qarşı mübarizə aparacaq. Saytımıza verilən məlumata görə, avqustun 25-28-i aralığı İtaliyanın Kataniya şəhərində keçiriləcək superfinalda millimiz də çıxış edəcək.

Artıq rəqiblərimiz də bəllidi. Belə ki, Zeynal Zeynalovun başçılıq etdiyi komanda İtaliya, İngiltərə, Çexiya və Türkiyə ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right