"Xəzər Lənkəran”ın yetirməsi Tərlan Qasımzadə özünə yeni komanda tapıb.
Newsport.az-ın məlumatına görə, gənc qolkiper karyerasını I Divizionda mübarizə aparan "Mil Muğan” komandasında davam etdirəcək.
Qasımzadənin İmişli təmsilçisinə keçməsində əsas rolu "Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov oynayır. Belə ki, baş məşqçi Aqil Məmmədovun köməkçisi olan Elbrus Məmmədov sabiq yetirməsnin komandaya cəlb edilməsini məqsədəuyğun sayıb.