"Zirə”nin prezidenti ilə problemim olmayıb" - İqbekoyi

Azərbaycan Premyer Liqasının 2-ci turunda "Zirə” "Neftçi”ni səfərdə 1:0 hesabı ilə məğlub edib. Matçdan sonra "qartallar”ın futbolçusu Viktor İqbekoyi Futbol11.az-ın əməkdaşına müsahibə verib:
 

 - Bu gün yaxşı oynadıq. İlk qələbəmizi qazandığımız üçün xoşbəxtəm. Arxa xəttdə etibarlı oyun sərgilədik. 
 
- "Zirə” ilə niyə gec müqavilə imzaladın?
 - Amerikada idim. Bəzi problemlərim var idi. Ailəmin yanında idim və sənəd məsələlərimi də həll edirdim. Daha sonra Bakıya gələrək "Zirə” ilə müqaviləni uzatdım. Artıq problemim yoxdur və hər şey qaydasındadır.
 
- "Zirə”nin prezidenti Vüqar Astanov vəzifəsindən gedəndən sonra müqavilə imzaladın. Bu, nə ilə bağlı idi? 
- Vüqar Astanovla problemim olmayıb. Mən və klub arasında danışıqlar oldu. Ötən mövsüm də burada çıxış etmişəm. Oyunuma yaxşı bələddirlər. "Zirə”də hamı ilə aram yaxşıdır. 
 
- Viktor, uzun müddətdir Azərbaycandasan. Bu il Premyer Liqada 8 komanda mübarizə aparacaq... 
- Bu heç də yaxşı deyil. Amma rəqabət güclü olacaq. Çünki komandaların hamısı güclüdür. Fikrimcə, bu mövsüm çempionat yaxşı keçəcək. 
 
- Fiziki durumun necədir?
- Bir müddət oynamadım. Bildiyiniz kimi, ötən həftə qayıtmışam. Formamı bərpa etmək üçün vaxta ehtiyacım var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right