Azərbaycan Premyer Liqasının 2-ci turu üçün azarkeş sayı məlum olub.
Newsport.az-ın məlumatına görə, turda ən çox azarkeş Gəncədə qeydə alınıb. Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz" - AZAL oyununu (0:0) 5000 tamaşaçı stadiondan izləyib. Bu, həm də, cari mövsümdə qeydə alınmış ən yüksək nəticədi.
Turun antirekordu isə Mərdəkanda qeydə alınıb. "Dalğa Arena"da keçirilmiş "Qəbələ" - "İnter" oyununda (0:0) cəmi 500 tamaşaçı qeydə alınıb.
Digər oyunlardan Masazırda, "Əlincə Arena"da keçirilmiş "Neftçi" - "Zirə" oyununda (0:1) 750, Sumqayıt şəhər stadionundakı "Sumqayıt" - "Qarabağ" matçında (0:2) isə 1320 tamaşaçı qeydə alınıb.
Ümumilikdə, turun 4 oyununu 7570 tamaşaçı izləyib ki, bu da, hər oyuna orta hesabla 1892 azarkeş deməkdi.