Millimizdən növbəti qələbə

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Liqasının seçmə mərhələsində üçüncü oyununu keçirib.

Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Macarıstan yığması ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Sabir Allahquliyev, Renat Sultanov və Asəf Zeynalov vurub.

Qrupda keçirdiyi bütün oyunları qələbə ilə başa vuran millimiz qrup birincisi kimi Super Liqa mərhələsinə vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right