Vəli Qasımov hücumçulardan yenə razı deyil: "Problemlərimiz var"

Azərbaycan Premyer Liqasının II turunda "Əlincə Arena”da "Neftçi” və "Zirə” komandaları münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma "Zirə”nin 1-0 hesablı qələbəsiylə başa çatıb.
Newsport.az-ın məlumatın görə,  oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib:
 
"Zirə” bizim üçün çətin rəqibdi. Bu komandaya qalib gələ bilmirik. Bizim hücumda və müdafiədə ciddi problemlərimiz var. Məğlubiyyətə də məhz bunu səbəb göstərərdim". 
 
- "Zirə”nin çətin rəqib olduğunu dediz. Üumiyyətlə, sizin üçün rahat komanda hansıdı? 
- Son oyunlarda bu komandaya qalib gələ bilmədiyimizə görə bu komandanı çətin rəqib adlandırdım. 
 
- "Şkendiya” ilə səfər oyunundan sonra zarkeşlər sizdən inciyib. Bu barədə nə deyə bilərsiz? 
- Biz futbolu azarkeşlər üçün oynayırıq. Azarkeşlər bizdən daim qələbə tələb edirlər. Onları başa düşürəm.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right