"Düşünürəm ki, yaxşı oynadıq və meydanda mübarizə apardıq. Qol vurmaq üçün imkanlarımız olsa da, yararlana bilmədik. Mənim fikrimcə, hazırda yeganə problemimiz yaradılan qol imkanlarından istifadə edə bilməməyimizdir. Son nöqtəni qoymaqda çətinlik çəkirik. Çalışacağıq ki, növbəti oyunlarımızda bu problemi aradan qaldıraq. Qazanılacaq bir qələbə komandaya böyük motivasiya verəcək”.
Newsport.az-ın məlumatına görə, bu sözlər "Kəpəz”in futbolçusu Serjinyoya məxsusdur.
"Kəpəz” Azərbaycan Premyer Lqiasının II turunda doğma azarkeşləri önündə AZAL-ı qəbul edib. Qarşılaşmada hesab açılmayıb. Portuqaliyalı futbolçu havanın isti olmasının oyunlarına təsir etdiyini bildirib: "Həddindən artıq isti idi. İlk dəfə idi belə havada futbol oynayırdım. Düzdü, çətindi. Ancaq bu, bizim işimizdi. Bütün çətinliklərə dözməli və bacardığımızın ən yaxşısını etməliyik”.
Maçtın gedişi zamanı mübahisəli epizod olub. Belə ki, cərimə meydançası daxilində Dario Frederikoya qarşı kobud oyunu baş hakim Əliyar Ağayev qeydə almayıb. Həmin epizod barədə danışan Serjinyo penalti olduğunu deyib: "Mənim fikrimcə, penalti var idi. Mən epizoda müəyyən qədər yaxın idim və gördüyümü deyirəm. Bunun üçün hakimin üzərinə şığıdım və penalti olduğunu dedim. Ancaq hər şey geridə qalıb və qərar qəbul edilib. Hakimin qərarına hörmətlə yanaşmalıyıq”.
"Kəpəz” Premyer Liqanın ilk iki turunda xal qazana bilməyib və növbəti turda digər iddialı komanda "İnter”lə qarşılaşacaq. Serjinyo komandanın toparlanacağına ümid etdiyini vurğulayıb: "İlk turda "Qəbələ”yə məğlub olmuşuq. "Qəbələ”nin güclü komanda olduğunu və Avropa Liqasında necə mübarizə aparmasını nəzərə almaq lazımdır. "Qəbələ”yə qarşı oyunumuz çox ağır alınmışdı. AZAL-la oyunda qələbə qazanmaq istəsək də, alınmadı. Növbəti turdakı rəqibimiz da yaxşı komandadı. "İnter” çempionata çox yaxşı başlayıb və "Qarabağ” kimi komandanı üstələməyə nail olub. Bizim yaxşı komandamız var. Heç kimdən geri qalmırıq. Daha yaxşı oynamaq üçün əlimidən gələni edəcəyik”.