"Qəbələ" "Maribor"la oyunun hazırlığına başladı

“Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun hazırlığına start verib. 

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, avqustun 18-də Sloveniyanın “Maribor” klubunu qəbul edəcək “qırmızı-qaralar” Bakıda məşq keçib.

Azərbaycan Premyer Liqasının II turunun ayın 12-də “İnter”lə keçirilən qarşılaşmasından (0:0) sonra hazırlıqlara ara verməyən komanda  günün ikinci yarısında məşqə çıxıb. Hazırlıq prosesinə yalnız “İnter”lə görüşdə meydana çıxmayanlar qatılıb. Onlar hazırlıq prosesində toplu çalışmalarla məşq edib. Son matçın iştirakçılarına isə bir günlük istirahət verilib. 

“Qəbələ” növbəti məşqini sabah keçirəcək. Paytaxtdakı hazırlıqda futbolçular iki qrupa bölünəcək. “İnter”ə qarşı oynamayanlar yenə yaşıl meydanda məşq edəcək, digərləri bərpaedici hazırlıq keçəcək.

Xatırladaq ki, avqustun 18-də keçiriləcək “Qəbələ” – “Maribor” oyunu “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right