Şəhriyar Əliyev: "Müdafiəçi özü də etiraf etdi ki, penalti var idi" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 2-ci turunda AZAL-ı qəbul edən "Kəpəz" 0:0 hesablı heç-heçəyə razılaşıb.

Matçdan sonra Gəncə klubunun müdafiəçisi Şəhriyar Əliyev Newsport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşına müsahibə verib:

- Qarşılaşma ilə bağlı fikirlərin maraqlıdı.

- Oyunda son nöqtəni qoya bilmirdik. Yaxşı hazırlaşmışdıq. Şanslarımız çox oldu. Hava çox isti idi. İstiyə görə mübarizə aparmaqda çətinlik çəkirdik. Bunu bəhanə gətirmək üçün demirəm.

- 2 oyuna 1 xal toplamısız. Mövsümə uğursuz başladğınızı söyləmək olar?

- Ötən mövsümdə də belə olmuşdu. 3 oyuna cəmi 2 xal toplamışdıq. Komandaya yeni gələn futbolçular var. Onların uyğunlaşması üçün zaman lazımdır. Yavaş-yavaş hər şey düzələcək. “İnter”lə oyunda qalib gələrək azarkeşlərimizi sevidnirməyə çalışacağıq.

- Bu mövsüm komandanın qarşısına nə hədəflər qoyulub?

- Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.

- Komanda yoldaşların hakimin təyin etmədiyi penalti epizodu barədə səhvə yol verdiyini bildirdilər…

- Hakimin qərarına hörmətlə yanaşmaq lazımdır. Əliyar Ağayev epizoda daha yaxın idi.Müdafiəçi özü də etiraf etdi ki, penalti var idi.

- AZAL Gəncəyə 1 xal üçün gəlmişdi?

- Görünür belədir. Biz 2 xal itirdik. Onlar üçün bu nəticə yaxşı sayılmalıdır. Çünki qonaq komandadır.

- Şahin Diniyev "Qəbələ" ilə oyundan sonra futbolçularda məsuliyyətin, qələbə istəyinin olmadığını söylədi. Bununla razısan?

- Məşqçinin dediklərinə hörmətlə yanaşırıq.Şahin müəllim qıraqdan hər şeyi daha yaxşı görür, dəyərləndirir

Mərdan Həsənov, Gəncə





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right