Nicat Qurbanov: "Şahin Diniyevin istədiyi futbolu sərgiləməliyik" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının 2-ci turunda AZAL-ı qəbul edən "Kəpəz" 0:0 hesablı heç-heçəyə razılaşıb.

Matçdan sonra Gəncə klubunun futbolçusu Nicat Qurbanov oyundan sonra Newsport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşına müsahibə verib:

- 1 xalı necə dəyərləndirirsən?

- Qələbə qazanmaq istəyirdik. Çünki Gəncədə ilk oyunumuz idi. Əlimizdən gələni etdik. Azarkeşlərimiz bizdən qol gözləsələr də, vura bilmədik. Növbəti oyunlarda daha yaxşı oynayacağıq.

- Səncə, qol vurmaq üçün nə çatmırdı?

- Son nöqtəni qoya bilmirdik. Bir qol çatmadı ki, qələbə qazanaq. Oyunun gözəlliyi qoldur. Əgər 2 oyunda qol vura bilmiriksə, deməli çatışmayan cəhətlərimiz var və biz bunu aradan qaldırmalıyıq.

- Komanda yoldaşların hakimin təyin etmədiyi penalti epizodu barədə səhvə yol verdiyini bildirdilər…

- Məncə, o epizodda Darionu yıxmışdılar. Fikrimcə, penalti var idi. Amma hakimin qərarına hörmət etməliyik. Əliyar Ağayev ölkəmizin perspektili referilərindəndir.

- “Zirə”dəki Nicatı görə bilmirik...

- “Zirə”dəki çıxışımdan da yaxşı oynayacam. “Kəpəz”də daha güclü Nicatı görəcəksiniz.

- Şahin Diniyev "Qəbələ" ilə oyundan sonra futbolçularda məsuliyyətin, qələbə istəyinin olmadığını söylədi. Bununla razısan?

- Məşqçinin dediklərinə hörmətlə yanaşırıq. Çalışıb, Şahin Diniyevin istədiyi futbolu sərgiləməliyik.

Mərdan Həsənov, Gəncə





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right