"Kəpəz"in kapitanı: "Xarakter göstərə bilmədik"

Azərbaycan premyer-liqasının 2-ci turunda AZAL-ı qəbul edən "Kəpəz"in kapitanı Tural Axundov oyundan sonra Newsport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

- Qarşılaşma ilə bağlı fikirlərin maraqlıdı.

- Çox isti havada oynadıq. Oyuna çox yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, qələbə qazanaq. Əlimizdən gələni etdik. Təəssüf ki, alınmadı. Azarkeşlərimizi sevindirə bilmədik. "İnter"lə oyunda qələbə qazanıb, onları sevindirməyə çalışacağıq.

- Hakim penalti verməməkdə haqlı idi?

- Mən epizodu arxadan gördüm. Fikrimcə, penalti var idi. Əliyardan soruşdum, o qayda pozuntusunun olmadığını söylədi. Mən də bir söz demədim.

- AZAL-ın qapıçısı Aqil Məmmədov 11 metrlik cərimə zərbəsinin olmadığını söylədi...

- Ola bilər, Aqil elə görüb. Ancaq mən öz fikrimi dedim.

- "Kəpəz"in ötənilki ilə müqayisədə zəiflədiyini demək olar?

- Məncə, yox. Sadəcə, bizə vaxt lazımdı. Komanda hələ tam oturuşmayıb.

- Şahin Diniyev "Qəbələ" ilə oyundan sonra futbolçularda məsuliyyətin, qələbə istəyinin olmadığını söylədi. Bununla razısan?

- Əlbəttə, "Qəbələ" ilə oyunda qələbə qazana bilərdik. Ancaq xarakter göstərə bilmədik. Gələcəkdə hər şey yoluna düşər.

Mərdan Həsənov, Gəncə





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right