Mikayıl Nərimanoğlu: “Təhqiredici ifadələr olmasa da, narazılıqlarını bildirirdilər”

"Oyun normal keçdi. Amma hələ hiss olunur ki, komanda Avroliqadan sonra premyer-liqaya tam uyğunlaşa bilməyib”.
 

Bu sözləri  Newsport.az saytına açıqlamasında "Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu söyləyib. Nərimanoğlu bu oyundan qələbə gözlədiklərini də etiraf edib: "Ümid edirdik ki, bu gün doğma meydanda qələbə qazanacağıq. Amma bu oyundu. Hər zaman qalib gəlmək olmur. Hələ mövsümün əvvəlindəyik. Gəlin, tələsməyək”. 

 
Oyunun gedişində azarkeşlər laysmana qarşı təhqiramiz ifadələr işlədib. Bundan sonra Mikayıl bəy onlarla söhbət edərək belə etməmələrini söyləyib. Klub rəsmisindən bu məsəylə bağlı da münasibət öyrəndik: "Təhqiredici ifadələr olmasa da, narazılıqlarını bildirirdilər. Mən də onları sakitləşdirdim ki, hakimlərin işinə qarışmaq olmaz”.
 
Mərdan Həsənov, Gəncə 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right