Paytaxtın AZAL klubu daha bir futbolçunun keçidini həll edib.
Newsport.az-ın məlumatına görə, "təyyarəçilər” Çinin "Şanxay Şenxua” klubunun futbolçusu Fok Brayanın transferini rəsmiləşdirib.
AZAL Azərbaycan Premyer Liqasının II turunda Gəncədə "Kəpəz”in qonağlı olur. Gəncəyə ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, Brayan icarə əsasında AZAL-da çıxış edəcək. Onun müqaviləsi cari mövsüm üçün nəzərdə tutulub.
Futbolçu "Kəpəz”lə qarşılaşmada iştirak etmək hüququ qazanmasa da, növbəti oyunlar üçün PFL-ə sifariş ediləcək və qarşıdakı matçlarda komandasına kömək edə biləcək.
Mərdan Həsənov, Gəncə