"Qəbələ"nin futbolçuları Rəşad Sadiqov, Teo Uiks və Baqali Dabo bu gün komandanın azarkeşləri ilə görüşüb.
Newsport.az-ın məlumatına görə, görüş zamanı azarkeşlər və futbolçular arasında maraqlı müsabiqələr - Play Station turniri və masaüstü futbol yarışı baş tutub.
Maraqlı məqamlardan biri Teo Uiksin Play Station turnirində azarkeşə uduzması olub. O, "Qəbələ"ni, rəqibi isə "Qarabağ"ı seçib. Azyaşlı azarkeş Teoya "dərs keçib" - 4:1.
azerisport.az