Milllimizdən ikinci qələbə

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası FIFA Dünya Kuboku-2017 turnirinin seçmə mərhələsində ikinci oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Danimarka yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Sabir Allahquliyev, Renat Sultanov və Hikmət Bağırov vurub.

Millimiz növbəti oyununu avqustun 14-də Macarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.(affa.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right