Gəncəli azarkeşlər Şahin Diniyevdən razıdı Sorğu

Hazırda “Kəpəz” “doğma divarlar” arasında AZAL-la qarşılaşır.

Newsport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşı yerli komandanın stajlı azarkeşləri ilə söhbət edib. Gəncəli futbolsevərlər “sarı-göylər”in Avroliqadakı çıxışını dəyərləndirib, növbəti mövsüm komandadan gözləntilərini dilə gətiriblər.

Yaşar Məlikov: “Biz “Kəpəz”in Aavroliqada 1 mərhələ keçməsinə sevinirik. Bu gözəl nəticədi. Fəxr edirik ki, Şahin Diniyev kimi məşqçimiz var. Fikrimcə, Diniyev 1 nömrəli çalışdırıcıdı. O, kənarda qalan futbolçulardan komanda yaratdı. Halbuki bizim bəzi məşqçilər 1 milyonluq futbolçulardan kollektiv formalaşdırır. İnanıram ki, Kəpəz bu çempionatda da avrokuboklara vəsiqə qazanacaq. Avroliqaya namizədlərdən biri, deyərdim ki, birincisidi. Hakimlərdən xahişim budu ki, düzgün idarəçilik etsinlər. Belə olsa, komandamız ilk “üçlük”də qərarlaşacaq. “Kəpəz” növbəti mövsüm avrokuboklardakı ev oyunlarını doğma şəhərimizdə keçirsin. Ən azı 25 min azarkeş önündə uğur daha asan əldə olunar”.

Vazeh Bağırov: “Bu günkü görüşdə “Kəpəz”dən ancaq qələbə gözləyirik. Şahin Diniyevə inanırıq. Avroliqada gözlədiyimizdən artığını oynadılar. İstərdik ki, “Kəpəz” daha irəli getsin. İnşallah, komandamızın gələn mövsüm 2-3 mərhələ adlayacağına inanırıq. Komandamız çempionatda ilk 3-lükdə qərarlaşacaq.Komandanın rəhbərliyinə də təşəkkürümüzü bildiririk ki,böyük futbolu Gəncəyə geri qaytardılar."

Xəqani Əhmədov: “AL-də gözlədiyimizdən də artığını etdilər . Şahin Diniyevə minnətdarıq. O, ortabab komanda ilə yüksək yerlərə oynayır. Növbəti mövsüm yenə də “Kəpəz”in avrokuboklarda iştirakını səbrsizliklə gözləyirik. Arzu edirik ki, avrokuboklar matçlarını komandamız Gəncə şəhər stadionunda keçirsin”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right