CAR millisinin üzvü rəsmən “Qarabağ”da! – FOTO

2016-2017-ci illər mövsümü üçün nəzərdə tutulan transfer pəncərəsi bağlanmamış "Qarabağ" gözlənilən transferi reallaşdırıb. Hücum mövqeyinə transfer etməyi planlaşdıran komanda uzun müddətdir davam edən prosesi uğurla tamamlayıb. Ağdam klubu Cənubi Afrika millisinin üzvü olan, ötən mövsüm Cənubi Kipr çempionatında "Anartosis"in heyətində 16 qolla yarışın ən məhsuldar 2-ci futbolçusu olmuş Dino Nidlovunun keçidini rəsmiləşdirib. 26 yaşlı forvard karyerası ərzində ölkəsindən başqa İsrail çempionatında da top qovub. Son mövsüm "Anartosis"in heyətində ulduzu parlayan forvard bombardirliyi ilə yadda qalıb. Afrikalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
 
Dino klubun rəsmi saytına verdiyi açıqlamada "Qarabağ"a keçidi haqda danışıb: "Qarabağ"a gəlməmişdən əvvəl də bu komanda haqda məlumatım var idi. Ona görə də, təklif gələndə elə də götür-qoy etməyə ehtiyac olmadı. Bura gəlməyim karyeramda yeni səhifədir. Çalışacam, "Qarabağ"da öz oyunumla komandaya fayda verim. Bu transfer mənim üçün irəli atılmış addımdır".
 
Yeni transfer Dino Nidlovu arıtq komandayla birlikdə axşam məşqində komandaya təqdim olunub, Daha sonra futbolçu çalışmalara start verib.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right