Millimiz Bolqarıstana 7 qol vurdu

Bu gün Macarıstanda çimərlik futbolu üzrə Avropa Liqasının təsnifat mərhələsi start götürüb. 
Newsport.az-ın məlumatına görə, milli komandamız da ilk oyununa çıxıb.
Bolqarıstan yığması ilə qarşılaşan millimiz 7:2 hesabı ilə qələbə qazanıb. Orxan Məmmədovun het-trik, Sabir Allahquliyevin isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Əbdül Əliyev və Hikmət Bağırov fərqlənib.

Millimiz növbəti oyununu avqustun 13-də Danimarka yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right