"Qurban Qurbanovun dediyi kimi etdikvə qələbə də qazandıq" - Muarem Muarem

"İlk turdakı məğlubiyətdən sonra psixoloji olaraq vəziyyətdən çıxmaq üçün burda qələbə qazanmaq istəyirdlk"

Newsport.az-ın məlumatına görəbu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem deyib. 

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib. İlk oyun Sumqayıtda baş tutub. Son üç mövsümün çempionu “Qarabağ” yerli komandaya qonaq olub. İlk turda gözlənilməz nəticəyə imza atmış komandalar meydana fərqli məqsədlər üçün çıxmışdılar.
 
Belə ki, səfərdə “İnter”ə məğlub olan ağdamlılar bu nəticəni unutdurmaq, “Sumqayıt” isə rəqib meydanda əldə etdiyi “Zirə” qalibiyyətinin təsadüfi olmadığını isbatlamaq istəyirdi. Məqsədinə çatan isə ağdamlılar olub. Qonaqlar iki cavabsız qolla qələbə qazanıblar.


52-ci dəqiqədə hesabı açan makedoniyalı legioner sözlərinə belə davam edib: "Xeyr, inamsızlıq yox idi. Sadəcə, qələbə qazanmaq istəyi çox idi. Fasiləyədək pis oynamadıq. Bir neçə qol vəziyyəti yaxaladıq. Qurban hoca o arada bildi ki, ikinci hissədə sürəti bir qədər artırın, amma topla sakit oynayın. Dediyi kimi etdik, qələbə qazandıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right