Kiprin "Anortosis” klubunun hücumçusu Dino Ndlovunun "Qarabağ”a keçidi rəsmiləşmək üzrədi.
Newsport.az-ın məlumatına görə, CAR millisinin üzvü bu həftə ərzində Bakıya gələcək və "Qarabağ”la iki illik sözləşmə imzalayacaq.
Artıq 26 yaşlı hücumçu "Qarabağ”da ilk seçimini də edib. Forvard Ağdam təmsilçisinin heyətində "28” nömrəli forma altında çıxış edəcək. Bu barədə futbolçunun "vikipediya” səhifəsində məlumat yer alıb.
Qeyd edək ki, bu transferin "Qarabağ”a 350 min avroya başa gəldiyi iddia olunur.