"Neftçi" "Zirə"ni "Əlincə Arena"da qəbul edəcək ÖZƏL

Azərbaycan Premyer Liqasının 2-ci turunda "Zirə"ni qəbul etməli olan "Neftçi"nin 8-ci km qəsəbə stadionunda oynamaq istəmədiyini xəbər vermişdik.

Buna səbəb sözügedən arenanın ot örtüyünün bərbad vəziyyətdə olmasıdır.

Newsport.az saytı oyunun keçiriləcəyi məkanla bağlı məlumat əldə edib. Etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, paytaxt klubu zirəliləri "Əlincə Arena"da qəbul edəcək.

Baxmayaraq ki, bu gün PFL sözügedən matçın hələ də 8-ci km stadionunda baş tutacağını açıqlayıb. Amma böyük ehtimalla klubların burada oynamaq istəməməsi ilə PFL də razılaşacaq və matçın yeri dəyişdiriləcək.

Qeyd edək ki, "Neftçi" - "Zirə" matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right