Millimiz FİFA reytinqində yüksəldi

FİFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığması avqust ayı üçün açıqlanan siyahıda irəliləyib.

Belə ki, hazırda 253 xala malik olan millimiz bir pillə irəliləyib və 136-cı sırada qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizin siyahıdakı mövqeyi belədir: Almaniya (4, 1319), Şimali İrlandiya (28, 822), Çexiya (34, 768), Norveç (50, 588), San Marino (200, 20).

İlk onluqda qərarlaşan yığmalar isə bunlardır: Argentina (1585), Belçika (1401), Kolumbiya (1331), Almaniya (1319), Çili (1316), Portuqaliya (1266), Fransa (1189), İspaniya (1165), Braziliya (1156), İtaliya (1155).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right