“İnter”in baş məşqçisi “Qəbələ” ilə oyun haqqında: “Çətin olacaq”

"İnter”in baş məşqçisi Zaur Svanadze avqustun 12-də "Qəbələ” və "İnter” komandaları arasında keçiriləcək oyun barədə fikirlərini açıqlayıb.
 

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən  gürcüstanlı mütəxəssis matçda ciddi hazırlaşdıqlarını deyib: "Növbəti turun qarşılaşmasına adi qaydada hazırlaşırıq. Məşq prosesi həmişəki qaydada davam edir. Komandada zədəli futbolçularımız yoxdur”.
 

Svanadze "Qəbələ”nin güclü komanda olduğunu və matçın çətin keçəcəyini vurğulayıb:  "Qələbə” çox yaxşı komandadır. Bu faktı çoxdan təsdiqləyib. "Qəbələ” ötən il Avropa Liqasının qrup mərhələsində oynayıb, indi də bu uğuru yenidən təkrarlaya bilər. Biz "Qəbələ” klubuna Avropa Liqasında uğurlar arzulayırıq. Bu komandanın necə oynadığını bilirik və həmin oyuna ciddi hazırlaşacağıq. Oyun həmişə olduğu kimi, çətin olacaq. Bütün oyunlar bizim üçün ağır və çətin olur. Növbəti oyunda müsbət nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.
 
Qeyd edək ki, "Qəbələ" - "İnter" oyunu avqustun 12-də "Dalğa Arena"da baş tutacaq. Oyun saat 20:00-da start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right