"Anortosis" klubunun futbolçusu Dino Ndlovunun "Qarabağ”a keçidi dəqiqləşmək üzrədi.
Newsport.az-ın məlumatına görə, Kipr klubu "Qarabağ”ın təklifini qəbul edib.
Yaxın günlərdə 26 yaşlı hücumçu Bakıya gələcək. Onunla iki illik müqavilə imzalanacağı gözlənilir. Ağdam klubunun afrikalı futbolçu üçün təxminən 350 min avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki, Cənubi Afrika millisinin üzvü olan Ndlovu ötən mövsüm Kipr çempionatında meydana çıxdığı 28 oyunda 16 qol vurub.