Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Qarabağ” – “İnter” oyunu Ağdam klubununun stadionu olan “Azərsun Arena”da keçirilməyəcək.
Newsport.az saytı oyunun keçiriləcəyi məkanla bağlı məlumat əldə edib. Etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, Ağdam klubu “İnter”i Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da qonaq edəcək.
Oyunun “Azərsun Arena”da keçirilməməsinə səbəb isə stadionda təmir işlərinin getməsi ilə bağlıdı.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu avqust ayının 20-də reallaşacaq.