Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin Premyer Liqanın yeni mövsümündə hansı komandada çıxış edəcəyinə rəsmən aydınlıq gəlib.
Newsport.az -ın məlumatına görə, millimizin qolkiperi "Sumqayıt"la müqavilə imzalayıb. Müqavilənin müddəti mövsümün sonuna kimidir.
Amma hansısa xarici klubdan dəvət gələcəyi halda, sumqayıtlılar Ağayevi problemsiz buraxmalıdırlar.