“Zirə”də ŞOK ayrılıq!

Vüqar Astanov "Zirə” klubunun prezidenti vəzifəsindən ayrılıb.

Newsport.az-ın məlumatına  görə, bu barədə klub saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, klub təsisçilərinə müraciət edən V. Astanov işlərinin çoxluğu ilə əlaqədar vəzifəsindən ayrılmaq istədiyini bildirib. "Zirə”də prezident vəzifəsini müvəqqəti olaraq, icraçı direktor Natiq İsmayılov yerinə yetirəcək.

"Zirə” PFK klubun inkişafında və qazandığı uğurlarda böyük əməyi keçən Vüqar Astanova gördüyü işlərə görə təşəkkür edib, ona uğurlar arzulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right