Denilson Pereyra "Neftçi"nin düşərgəsinə qoşuldu

Braziliyalı futbolçu Denilson Pereyra "Neftçi" ilə müqavilə bağlamaq üçün Bakıya gəlib.

Newsport.az-ın məlumatına  görə, o, bu dəqiqələrdə paytaxt klubunda tibbi baxışdan keçir.

Heç bir problem olmasa, onun 18:00-da komanda ilə məşqə çıxması gözlənilir. Axşam saatlarında isə yarımmüdafiəçi paytaxt klubu ilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, 2015-ci ildən icarə əsasında İspaniyanın "Qranada" klubunda çıxış edən braziliyalı oyunçu müqavilə ilə Braziliyanın "Fluminense" klubuna məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right