Ramil Şeydayev “Zenit”də ayrılmasının səbəbini açıqladı, "Trabzonspor" haqqında danışdı

"Təlim-məşq toplanışı zamanı özümü çox yaxşı hiss edirdim. Bəli, müqaviləm başa çatmaq üzrədi və yeni müqavilə təklifi gözləyirdim. Ancaq "Zenit” bu barədə mənimlə danışmaq istəmədi. Bundan sonra isə ayrılmaq barədə qərar qəbul etdim”. 
Newsport.az-ın məlumatına  görə, bu sözlər yay transfer dönəmində "Zenit”i Türkiyənin "Trabzonspor” komandasına dəyişən azərbaycanlı futbolçu Ramil Şeydayevə məxsusdu.  

Türkiyə mətbatına açıqlamasında "Zenit”dən ayrılmasının səbəbini açıqlayan futbolçu "Trabzonspor”dakı karyerası barədə də danışıb: 
 
"Dediyim kimi, özümü fiziki cəhətdən çox güclü hiss edirəm. Yeni mövsümə çox ciddi hazırlaşmışam. "Trabzonspor”da özümü sübut etməyə çalışacağam. Yeni məşqçimizin də keyfiyyətli insan olduğunu düşünürəm. Ümid edirəm ki, onun etimadını doğrultmağı bacaracağam”.
 
Qeyd edək ki, Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü olan Şeydayev öz istəyi ilə milli komandamızda oynamağa razılıq verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right