Azərbaycan klubları UEFA-da müzakirə olunacaq

Avqustun 11-də İsveçrənin Nyon şəhərində AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov və baş maliyyə eksperti Bəhram Dadaşov UEFA-nın dəvətinə əsasən UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin əməkdaşları ilə görüşdə iştirak edəcəklər.

Newsport.az-ın məlumatına görə, görüş aşağıdakı mövzuları əhatə edəcək:

1. 2015-ci maliyyə ilində Azərbaycan futbol klublarının göstəriciləri və müqayisəli təhlil;

2. Klublar tərəfindən hazırlanmış hesabatlarda UEFA tərəfindən aşkar olunmuş çatışmazlıqlar və bu çatışmaqzlıqların gələcəkdə aradan qaldırılma yolları;

3. 2016-cı il üzrə maliyyə hesabatların hazırlanması ilə bağlı UEFA-nın tövsiyə və tələbləri;

4. UEFA Maliyyə Fair Play IT proqramı ilə bağlı yeniliklərin müzakirə olunması;

5. Növbəti mövsüm çərçivəsində keçiriləcək tədbirlərin müzakirəsi və digər məsələlər;





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right