“Qarabağ”ı məğlub edən komanda zəif ola bilməz" - Filip Ozobiç MÜSAHİBƏ

 Premyer Liqasının ilk turunda "Kəpəz"i məğlub edən (2:0) "Qəbələ"nin xorvatiyalı oyunçusu Filip Ozobiç matçdan sonra Newsport.az-ın əməkdaşının da suallarını cavablandırıb.

- “Qəbələ” Premyer Liqaya qələbə ilə start verdi. “Kəpəz” üzərindəki qalibiyyət barəsində nə deyə bilərsiniz?

- Oyun çətin alındı. “Kəpəz yaxşı komandadır. Birinci hissədə qol şanslarmız olsa da, dəyərləndirə bilmədik. İlk hissədə hesabı açsaydıq, işimiz daha asan olardı. Lazım olan qolları fasilədən sonra vurduq. Əsas odur ki, qələbə qazanmağı bacardıq. Artıq növbəti görüşlərə hazırlaşmalıyıq.
 
- Növbəti oyununuz “İnter”ə qarşıdır. Bu komanda haqda məlumatınız var?

- Sözün açığı, “İnter”in oyununu izləməmişəm. Amma komanda haqda müəyyən qədər məlumatım var.
 
- “İnter”in dünən son 3 ilin çempionu “Qarabağ”ı məğlub etməyindən xəbərdarsınız?
- Bu nəticədən xəbərdaram. “İnter”lə oyuna qədər vaxt var. Məşqlərə start verdikdən sonra məşqçimiz bizi rəqib haqda məlumatlandıracaq. Düşünürəm “İnter” güclü rəqibdir. Çünki “Qarabağ”ı məğlub edən komanda zəif ola bilməz. Həmin matça çox ciddi hazırlaşmalıyıq.
 
- İlk matçdan göründü ki, “Qəbələ”nin Avroliqa və çempionatdakı oyunları fərqlənir. Legioner limiti çıxışınıza nə dərəcədə mənfi təsir göstərir?
- Limit öz təsirini göstərir. Amma nə etmək olar? Qaydalar bunu tələb edir. Digər tərəfdən də bu, çempionatdakı ilk oyunumuz idi. Növbəti görüşlərdə daha yaxşı çıxış edəcəyimizə inanıram.
 
- Avroliqanın pley-off mərhələsində “Qəbələ” “Maribor”la üz-üzə gələcək. Rəqibi necə dəyərləndirərdin?
- “Maribor” güclü rəqibdir. Heyətlərində yaxşı futbolçuları var. Amma bu bizi qorxutmur. Məqsədimiz Avroliqanın qrup mərhələsində oynamaqdır. Bunun üçün “Maribor”u mübarizədən kənarlaşdırmalıyıq.
 
- Püşkün nəticəsinə əsasən, “Qəbələ” “Maribor”la ilk görüşü səfərdə keçirməliydi. Lakin sonradan oyunların yerləri dəyişdirildi. Bu, sizə problem yaratmayacaq ki?
- Məncə, bunun elə bir fərqi yoxdu. Onsuz da hər iki oyunda meydana çıxmalıyıq. Əsas odur ki, qarşılaşmalara 100 faiz hazır olaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right