Roman Qriqorçuk: "Limit mənasız şeydi"

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Newsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:  
 
- Matçın gedişində zədə alan Rəşad Sadioqvun son durumu necədi?

- Rəşad təcrübəli futnbolçudu. Onun durumu haqqında məlumatımız yoxdu. O, təcrübəli futbolçu olduğu üçün meydanı vaxtında tərk etdi. Ümid edirəm ki, durumu ciddi olmayacaq.
 
- Rəşad zədə almasaydı, Telluru meydna buraxacaqdınızmı?
- Belə şeylərə fikirləşmirəm. Sadəcə, analiz etdim və qərar verdim. 
 
- Növbəti oyunda "İnter”lə qarşılaşacaqsınız. Həmin matç haqqında nə düşünürsünüz?
- Bizim işlərimiz çoxdu. Öz oyunumuzu analiz edirik. Sabahdan "İnter” haqqında düşünəcəyik. Ümid edirəm ki, həmin oyuna hazır vəziyyətdə çıxacağıq.
 
- Oyundan əvvəl limit məsələsi sizi çox düşündürmədi?
- Limitin faydasız olması ilə bağlı fikrimi bildirmişdim. Limit mənasız şeydi. Ancaq qayda və qanunlar var. Bu barədə fikirləşirik və hazır olan futbolçuları meydana buraxırıq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right